• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 24.03.2020 20:18

Taksi və avtobuslar dezinfeksiya edilib

KepezTV Player

İnfeksiyanın qarşısının alınması məqsədilə ilk olaraq Gəncənin dəmiryolu vağzalı istiqamətində taksi kimi fəaliyyət göstərən avtomobillər dezinfeksiya prosesinə cəlb olunub. Gigiyena və epidemiologiya mərkəzinin xüsusi geyimli əməkdaşları nəqliyyat vasitələrində dezinfeksiya işləri aparıblar. Taksilərin dezinfeksiyası sürücülərin müraciətinə əsasən həyata keçirilir. Dezinfeksiya tədbirləri taksilər üçün ödənişsiz əsaslarla yerinə yetirilir.

Daha sonra virus əleyhinə profilaktik tədbirlər avtobus parkında aparılıb. Burada gün ərzində müxtəlif xətlərdən növbəli şəkildə çıxarılan nəqliyyat vasitələri dezinfeksiya olunur.

Xətdən çıxarılan avtobuslar sərnişindaşımada çətinlik yaratmasın deyə həmin istiqamət üzrə əlavə nəqliyyat vasitələri buraxılır.

İctimai nəqliyyatda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir.