• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 24.03.2020 20:03

Gəncədə içtimai nəqliyyat vasitəsinin sürücüləri marifləndirilib

KepezTV Player

Koronovirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün Gəncədə ictimai nəqliyyata nəzarət gücləndirilib. Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bu məqsədlə marifləndirici tədbir keçirib.

Gəncədə avtobus və mikroavtobusların fəaliyyətinə nəzarət gücləndirilib. Yol polisləri sürücülərdən qaydalara əməl edib oturacq sayından artıq sərnişin daşımamağı tələb edirlər.

Şəhərin Heydər Əliyev prospektində aparılan yoxlmalar zamanı 20-dən çox avtobus və miroavtobus saxlanılıb. Sevindirici haldır ki, əksər sürücülərin qaydalara əməl etdiyi müəyyən edilib.

Hacı Həsənov baş inspektor: Bir sıra izahaat işləri aparıldı. Həmin sürücülər sıxlığın yaranmaması üçün istehsalçı zavod tərəfindən konstruksiyada nəzərdə tutulan oturcaq yerlərinin sayına uyğun sərnişin daşısınlar. Artıq sərnişin daşımasınlar. Nazirlər Kabineti Yanında Qərargahın qərarından irəli gələn tələbləri yerinə yetirsinlər.

İnzibati xətalar məcəlləsinə uyğun olaraq sərnişindaşıma qaydasını pozaraq oturacaq sayından artıq sərnişindaşıyan sürücülər 60 manat və 3 bal miqdarında cərimə olunurlar. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri qaydalara əməl etməyə çağırıb.

Natiq Hüseyn