• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 24.03.2020 12:40

Uşaq qonşuları davaya saldı

KepezTV Player

Göygölün Murovdağ qəsəbəsində döylümə faktı qeydə alınıb. Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 33 yaşlı Elgün Əliyev həmyerlisi 29 yaşlı Alim Qasımov ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb. Nəticədə Elgün Əliyev və onun həyat yoldaşı – 29 yaşlı Aynur Əliyeva və qarşı tərəfdən olan Alim Qasımov, onun qardaşı 26 yaşlı Röyal Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 2 qonşu arasında dava-dalaşa səbəb sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.