• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 24.03.2020 12:35

Spirtli içkidən istifadə hansı halda zərər verə bilər?

KepezTV Player

Hazırda dünyada sürətlə yayılmaqda olan virusun qarşısının alınması bütün dövlətlərin ən ümdə məsələlərindəndir. Ölkəmizdə də karona virusun yayılma riskini azaltmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir. İnsanlar arasında dezinfeksiya məqsədilə spirt və spirt tərkibli məhsullardan xarici olaraq istifadə etmək virusla mübarizədə qorunmağın ən yaxşı yollarından hesab olunur. Terapevt Şəhla Verdiyeva deyir ki, əl-ayaq üçün dezinfeksiya məqsədilə 65%-in üzərində olan spirt məhsullarından istifadə etmək həqiqətən məntiqlidir. Eləcə də adi sabunla 20 saniyənin üzərində əl yumaq da eyni effekti göstərə bilir. Bəs spirtli içkidən istifadə hansı halda zərər verə bilər ?