• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 24.03.2020 12:34

Hazırda koronavirusa görə fövqəladə rejimə ehtiyac yoxdur

KepezTV Player

Azərbaycanda olan koronavirus xəstələrinin sayının daha çox harada olması ilə bağlı bölgü aparmaq düzgün deyil. Hazırda 61 nəfər koronavirusa yoluxan şəxsə görə ölkənin hansısa regionu və şəhərini təhlükəli saymaq olmaz. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovun sözlərinə görə, 61 nəfərin böyük əksəriyyəti xaricdən gəlib, xəstələrin kiçik hissəsi daxildə yoluxub. Ona görə hansısa rayonu "həyəcan" rayonu elan etmək mümkün deyil. Bu, həm də təhlükəlidir, bundan çəkinmək lazımdır.Vəziyyətdən çıxış edərək demək olar ki, hazırda koronavirusa görə fövqəladə rejimə ehtiyac yoxdur. Əgər ölkənin vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa, koronavirusa görə fövqəladə vəziyyət də elan edilə bilər.İbrahim Məmmədovun sözlərinə görə, hazırda ölkə daxilində yayılmanın qarşısını almağa və xəstəliyi lokallaşdırmağa çalışılır.