• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 23.03.2020 19:17

Tural Rzayev “Merani”dən ayrıldı

KepezTV Player

Gəncə futbolçu Tural Rzayev yanvarın sonunda müqavilə bağladığı Gürcüstanın Birinci Divizonunda çıxış edən “Merani” klubundan ayrılıb. Rzayevin legioner karyerasının qısa alınmasına səbəb zədələnməsi olub. Gənc yarımmüdafiəçinin məşqlərin birində dizi burğulub. Tibbi personalın diaqnozundan sonra Tural aldığı xəsarətin ciddi olduğu üzə çıxıb və bu məqam əməliyyatı qaçılmaz edib. Hələlik əməliyyat masasına uzanmayan futbolçunun təxminən 6-7 ay meydanlardan uzaq qalacağı proqnozlaşdırlır. Daha əvvəl Premyer Liqada “Kəpəz”in formasını geyinən Gəncə futbol məktəbinin yetirməsi Litvanın “Yonava” klubunda da oynayıb. “Merani”də rəsmi debüt edə bilməyən orta xətt oyunçusu yalnız yoxlama görüşlərində meydana çıxıb.