• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 20.03.2020 11:15

Narkotiklə yaxalandı, digər cinayətlərinin də üstü açıldı

KepezTV Player

Xızı polisi əməliyyat keçirib. Rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun digər cinayətlərinin də üstü açılıb.

Xızı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyev qəsəbə ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin, yaşadığı evin həyətyanı sahəsindən isə bir ədəd müvafiq sənədləri olmayan lüləsi kəsilmiş “İj” markalı ” ov tüfəngi aşkarlanaraq götürülüb.

Sərxan Mirzəyevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, Mirzəyevin cari ilin fevral ayında yaşadığı qəsəbə ərazisində iki fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları oğurlayaraq dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib. Oğurluq yolu ilə əldə edilmiş bir ədəd televizor isə onun yaşadığı evdən maddi sübut kimi götürülüb. Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.