• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 19.03.2020 19:12

Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına daha 10 yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.