Artıq 1 həfdədir ki, koronavirus epidemiyası ilə bağlı olaraq Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş rejiminə keçib. Stansiya və 5 filialına əlavə həkim birqadaları göndərilib. Bütün tibb işçiləri lazımı dərman ləvazimatları, xüsusi geyimlər ilə təmin edilib. Şəhər üzrə çağırışlara vaxtında və tez getmək üçün növbəliklə sutka ərzində əhaliyə xidmət edəcək həkim və tibb bacılarının sayı 16-a çatdırılıb.Adi günlərə nisbətən hazırda şəhər üzrə Təcili Yardıma çağırışların sayı 250-ə çatıb. Stansiyanın həkim birqadasları bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaq.
Marina Həsənova Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini:Biz gedirik yardım göstəririk, xəstənin vəziyyətini qiymətləndiririk. Əgər xəstə ağırdısa Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırırıq. Ağır deyilsə məsləhətlər veririk, sahə həkiminə xəbər veririk. Sahə həkimi gəlib onunla məşğul olur və onun xəstəliyi qurtarana kimi onu izləyir. Bütün qızdırma olan halları biz izləyirik. 12 saatlıq növbədə 8-10 xəstə müraciət edir.
- Baxış: 657