• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 19.03.2020 10:40

Apex firması yeni konseptual superkarını nümayiş etdirib

Apex Motors şirkəti AP-0 elektrik trek avtomobilinin konseptini təqdim etdirib. Yeni modelin xarici görünüşündə Formula 1 bolidləri və Le Man sportprototiplərinə olan istinad özünü büruzə verir. Avtomobilin altlığının xüsusi forması onun altında aşağı təzyiq zonası yaradaraq, döngələrdə kupeni daha çox yerə sıxır. AP-0 modelinin klirensi 95 millimetr təşkil edir.

Apex superkarının güc qurğusu arxa oxda quraşdırılan elektrik mühərriki və 90 kilovat-saatlıq litium-ion batareyadan ibarətdir.  Döşəmənin altına quraşdırılan qurğunun çəkisi 550 kiloqramdır. Elektrik mühərriki 658 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edir. Trek avtomobili 100 km/saat həddinə 2,3 saniyəyə  sürətlənir.  Bənzər dinamikaya 1842 at qüvvəsinə malik olan Hennessey Venom F5 modeli malikdir. AP-0 modelinin maksimal sürətinin 306 km/saat olduğu bildirilib.

Apex superkarının salonunda karbondan hazırlanan“çömçə” oturacaqlar, alüminium və karbondan hazırlanan, dəlikli dəri ilə işlənən sükan çarxı quraşdırılıb. Apex superkarı İngiltərənin Surrey şəhərində inşa ediləcək zavodda istehsal ediləcək. Avtomobilin istehsalı 2022-ci ilin dördüncü rübündə başlanmalıdır. Superkarın başlanğıc qiyməti 150.000 funt sterlinqdir.