• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 19.03.2020 10:45

Samsung şirkəti Galaxy A11 adlı yeni büdcəli smartfon modelini təqdim etdi

Samsung şirkətinin rəsmi saytında Galaxy A11 adlı yeni büdcəli smartfon modeli ortaya çıxıb. Əvvəlki modeldən fərqli olaraq Galaxy A11 bir sıra yeniliklər əldə edib. Təqdim edilən yeni Galaxy A11-in özəllikləri sırasında minimal çərçivələrə sahib böyük ekran, üçlü arxa kamera, barmaq izi skanı texnologiyası və böyük həcmli batareya var. Beləliklə smartfon 1560x720 piksel keyfiyyətli 6.4 düym TFT ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulan çıxıntı yerləşdirilib.

Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A11 modeli 1.8 GHz tezlikdə çalışan 8 nüvəli prosessor (prosessorun modeli bilinmir), 2/3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Samsung şirkəti Galaxy A11-in nə zaman və hansı qiymətdə satışa çıxacağı barəsində məlumat verməyib. Lakin heç şübhəsiz smartfon orta qiymət seqmentində satışa çıxacaq və onun satış startı yaxın müddətdə başlayacaq.