• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 18.03.2020 19:10

ADY ölkədaxili qatarların hərəkətini dayandırır

KepezTV Player

Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı, Bakı-Böyük Kəsik-Bakı, Bakı- Köçərli -Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarları, Bakı-Yalama-Bakı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır. Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.