• KƏPƏZ TV
canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 18.03.2020 15:37

Yeniyətmənin törətdiyi qətlin üstü açıldı

KepezTV Player

Xızı Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü açılıb.
Belə ki, cari ilin mart ayının 15-də Şorabad qəsəbə sakini, 17 yaşlı Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub. Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.***
Bakıda yerləşən daş karxanalarından birində də qətl qeydə alınıb. Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 52 yaşlı Əziz Mahmudov 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Hadisənin kim və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.