• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 18.03.2020 16:18

Yol polisi sürücülərə müraciət etdi

KepezTV Player

Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir. Bu mqəsədilə bölgələrdən paytaxt istiqamətinə avtomobillərin hərəkəti məhddulaşdırılır. Yol polisləri bununla bağlı sürücülərə mürücaiət edib. Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da rayon ərazisində sürücülər arasında profalktiki söhbətlər aparır. Onları qarşıdakı günlərdə rayon ərazisindən kənara çıxmamağı tövsiyyə ediblər.  

Səbuhi Əmiraslanov - Şəmkir DYP bölməsinin baş inspektoru: Rayon əhalisindən xaişimiz ondan ibarətdir ki, mümkün olduğu qədər şəxsi nqəliyyat vasitəsindən istifadə edib Bakı Abşeron və Sumqayıt şəhərlərinə səfərlər etməsinlər. Əks halda əməkdaşlar tərəfindən saxlanılaraq geri qaytarılacaqlar. Bu qadağalar Təcili Tibbi Yardım ərzaq və yük daşıyan nəqliyyat vasitələrinə aid edilmir. Qəbul etmək lazımdır ki, bütün görülən tədbirlər əhalimizin təhülkəsizliyi üçün edilir.

Natiq Hüseyn