• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 16.03.2020 20:05

"Kəpəz" məşqləri dayandırdı

KepezTV Player

I Divizionda çıxış edən Gəncənin “Kəpəz” futbol klubunun əsas komandası məşqləri dayandırıb. Koronavirus pandemiyasının dünyada geniş yayılması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar “sarı-göylər”in hazırlıq proseslərinə müvəqqəti olaraq fasilə verilib. Qeyd edək ki, bir müddət öncə klubun aşağı yaş qrupları üzrə bütün komandalarının məşqləri də qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Bundan əvvəl isə Peşəkar Futbol Liqası adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riskinin yüksək olmasını və ölkəmizdə xəstəliyə qarşı aparılan mübarizəni əsas tutaraq Premyer Liqa və Divizionda oyunların azarkeşsiz keçirilməsinə qərar vermişdi. Bu səbəbdən aşağı liqada XIX turun oyunları çərçivəsində reallaşan “Kəpəz” – “Sabah-2” matçı zamanı Gəncə şəhər stadionuna azarkeşlər buraxılmamışdı. Sonradan PFL idman qurğularının fəaliyyətini müvəqqəti dayandırması ilə turları da təxirə saldı.