• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 16.03.2020 19:10

Avtomobillərdə xeyli miqdarda tütün məmulatları aşkarlandı

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101"markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar.<br>Şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını deyiblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 20 min ədəd siqaret aşkar edilib.<br>Fakt araşdırılır.