• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 13.03.2020 19:18

"Turan Tovuz" liderliyə yüksəldi

KepezTV Player

Futbol üzrə I Divizionda 19-cu turun oyunları çərçivəsində “Turan Tovuz” “Keşlə”nin ikinci komandasını qəbul edib. Tovuz stadionunda aparılan təmir işləri ilə bağlı oyun Şəmkir Olimpiya İdman Kompleksində reallaşıb. Peşəkar Futbol Liqasının qərarına əsasən, matç koronavirus təhlükəsi ilə bağlı azarkeşsiz keçirilib. Görüşün nəticəsinə gəlincə, oyun nominal meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Tovuzlular 1:0 hesabı ilə qalib gəliblər. Yeganə qolu qarşılaşmanın sonuna az qalmış Səbayıl Bağırov vurub. Bu qələbə sayəsində komanda turnir cədvəlində liderliyə yüksəlib.