• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3721
— 13.03.2020 16:08

Tovuzda üç oğurluq faktı qeydə alındı

KepezTV Player

Tovuzda silsilə oğurluqlar olub. Bir küçədə eyni gündə eyni saatda fərqli vətəndaşlara məxsus mağazalardan və evdən oğurluq edilib. Maraqlısı budur ki,mağazalardan biri bir həftədə ikinci dəfə dırnaqarası qəhrəmanlıarın soyğununa məruz qalıb.

Gecə saatlarında bir küçədə olan iki mağazadan oğurluq edilib. Hadisə Tovuz rayonunun M.F.Axundov küçəsində qeydə alınıb. Dırnaqarası qəhrəmanlar rayon sakini Lalə Ələkbərovanın icarərə götürdüyü mağazaya qapının qıfılını sındırmaqla daxil olub , spirtli və enerji içkiləri,tütün məmulatları,ət məhsulları, eləcə də müxtəlif cür ətirlər götürüblər. Bu həftə ərzində mağazadan edilən ikinci soyğunçuluq faktıdır.

Eyni vaxtda həmin küçədə yerləşən Validə İsayevaya məxsus mağazadan da oğurluq edilib. Hədəf isə  bahalı saat və alışqanlar olub.

Bir neçə gün əvvəl isə rayonun Bozalqanlı kəndində&nbsp;ev sahiblərinin evdə olmadığını fürsət bilənlər, yarım kiloqram ağırlığında&nbsp; qızıl-zinət əşyaları oğurlayıblar.<br>

Hər üç oğurluq faktı ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edilib. Hadisələri törədən və ya törədənlər barədə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.