• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 12.03.2020 20:45

Heyvandarlıqda innovativ yanaşma müzakirə edilib

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Heyvandarlıqda innovativ yanaşma” adlı dəyirmi masada, fermerlər, alimlər, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak ediblər. Fermerlər onları narahat edən məsələləri, heyvan xəstəlikləri, xəstəliklərə qarşı görülən profilaktik metodları dilə gətiriblər. Alimlər və mütəxəssislər iri və xırdabuynuzlu heyvandarlıqda tətbiq olunan innovativ metodları, yem bazasının tərtibi ilə bağlı fermerlərə öz tövsiyələrini veriblər.

Vüsal Abbasov fermer:Bu gün keçirilən tədbirin digər tədbirlərdən fərqi ondan ibarətdir ki, görüş qarşılıqlı diskusiyya şəklində keçirilir.Burada fermerlərin öz fikirlərini açıq formada ifadə etməyə şərait yaradılıb.Digər rəsmi tədbirlərdən fərqli olaraq, bu tədbir sual-cavab formatında təşkil olunub və fermerlər onları narahat edən mövzuları dilə gətirə bilirlər.

Habil İbrahimov fermer:Verdiyimiz suallar məhsuldarlığın yüksəldilməsi istiqamətində idi.Məqsəd hər hektardan daha çox məhsul götürməkdir.Tədbirdə daha az yer əkib, innovativ metodlarla suvarma sistemləri qurmaqla məhsuldarlığın artırılması ilə bağlı biliklər öyrəndik.

Yavuz Öztürklər mütəxəssis:Məqsədimiz burada qoyunçuluq sahəsində inkişafa və məhsuldar cinslərin yetişdirilməsinə köməklik göstərməkdir.Xüsusəndə məhsuldar cinslər almaq məqsədilə, süni mayalanma texnologiyasını burada inkişaf etdirməyə çalışırıq.

Mahir Hacıyev HETİ-nin direktoru:Bu tədbirin keçirilməsində əsas məqsəd odur ki, fermerlər alimlərin onların yanında olduğunu bilsinlər.Türkiyədən layihə çərçivəsində gələn qonaqlarımızda burdadır.Həmin mütəxəssislər tərəfindən fermerləri narahat edən problemlər,yem bazasının təşkili,yoluxan xəstəliklər,onların müalicə-profilaktika tədbirləri, yemlənmə tərtibatı və bu kimi başqa zootexniki yanaşmalar həmin bu dəyirmi masada müzakirə olunacaq.