• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 12.03.2020 20:09

Narkotik satışı ilə məşğul olan iki şəxs saxlanıldı

KepezTV Player

Paytaxtın Suraxanı Rayon Polis İdarəsinə Əmircan qəsəbəsində 2 nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən  tədbir zamanı həmin şəxslər, qəsəbə sakinləri əvvəllər məhkum olunmuşlar Aqil Məmmədov və Rəşad Abdullayev tutulublar. Onun üzərində şəxsi axtarış aparılan zaman A.Məmmədovdan 37 R.Abdullayevdən isə 38 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin Əmircan və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları məlum olub. Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.