• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2011
— 12.03.2020 12:38

"Kəpəz" növbəti sınağa çıxır

KepezTV Player

Bu gün və sabah futbol üzrə I Divizionda 19-cu turun oyunları keçiriləcək. Turun ilk oyun günündə meydana çıxacaq klublar arasında “Kəpəz” də olacaq. Gəncə kollektivi doğma meydanda “Sabah”ın ikinci komandasını qəbul edəcək. Qış fasiləsindən sonra hələlik istədiyi nəticələri qazana bilməyən “sarı-göylər” uğurlu başlanğıcın əsasını qoymaq üçün qarşıdakı görüşə səylə hazırlaşıb. İlk dövrədə səfərdə rəqibini məğlub edən Yaşar Vahabzadənin yetirmələri evdə də eyni nəticəni hədəfləyib. Oyun öncəsi Nizami yurdunun təmsilçisi 25 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıbsa, Bakı komandası 32 xalla 3-cü yerdə dayanıb. "Kəpəz" - "Sabah-2" matçı martın 12-i saat 15:00-da başlayacaq.