• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 10.03.2020 20:39

Kikboksinq yarışı keçirilib

KepezTV Player

Yarış açılış mərasimi ilə başlayıb. Rəsmi hissədə çıxış edənlər kikboksinq idman növünün ölkəmizdə son illər geniş kütlə arasında populyarlıq qazandığını diqqətə çatdırıblar. Hər zaman “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında baş tutan kikboksinq yarışlarının idmançıların gələcək karyersına təsir etdiyi vurğulanıb. Daha sonra mübarizələrə start verilib. Daxili birincilikdə Gəncə olimpiya idman klubunun 86 kikboksinqçisi iştirak edib. Bu yarış qarşıdan gələn mötəbər turnirlərə bir növ seçim xarakteri daşıyıb.

Turnirdə mükafatlar uğrunda uşaq, yeniyetmə və gənc idmançılar qüvvəsini sınayıb. Onlar müxtəlif çəki dərəcələrində yarışıblar.

Daxili birinciliyin sonunda fəxri yerləri tutan kikboksinqçilər diplom, medal və kubokla mükafatlandırılıb.