• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 10.03.2020 20:10

Qonşularının evini qarət edən Şəmkir sakini saxlanılıb

KepezTV Player

Qonşusunun imkanlı olmasından istifadə edən gənc onların pulunu ələ keçirmək üçün evlərini qarət edib. Ancaq pul tapa bilməyən çağrılmamış qonaq əlacı qymətli əşyaları oğurlamaqda tapıb. Arda-arda üç mənzili qarət edən şəxsi Şəmkir polisi qısa zamanda müəyyən edə bilib.

Şəmkir sakini 23 yaşlı İslam Vəliyev yanvarın əvvələrindən başlayaraq fevralın sonunadək yaşadığı ünvanın yaxınlığında yerləşən üç evi qarət edib. Mənzillərdə heç kimin olmadığından xəbərdar olan nankor qonşu əsasən gecə saatlarında çirkin əmələ əl ataraq televizor, noutbuk və digər qimyətli əşyaları qənimət bilib.  

Rauf Sadıqov müstəntiq: Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini 1997-ci il təvəllüdlü Vəliyev İslam Emin oğlu tərəfimizdən saxlanılıb. Hazırda faktla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İslam Vəliyev polisə verdiyi ifadəsində oğurluq yolla əldə etdiyi televizoru noutboku və qimyətli qab-qacaqları müxətlif şəxslərə satdığını pulunu isə mərc oyunlarına xərclədiyini deyib. Artıq onun oğurladığı bütün əşyalar tapılaraq istintaqa təqdim olunub.

İslam Vəliyev saxlanılan şəxs: İmkanlı evlər idi. Elə bildim pul olacaq. Evin içərisinə axtarmağa düşdüm. Baxdım ki, əşyadan başqa heçnə yoxdur. Televizor və əşyalar var idi onları götürdüm.

Hazırda saxlanılan şəxsin ətrafında əməliyyat tədbirləri davam etdirilir. Onun digər ünvanlarda oxşar cinayətlər törədib törətmədiyi araşdırılır.

Natiq Hüseyn