Samux rayonunda şəkər çuğundurunun səpinininə başlanılıb. Əkin əsasən İmişli şəkər zavodu ilə fermerlər arasında bağlanılan müqavilə əsasında aparılır. Artıq 30 ha ərazidə səpin yekunlaşıb. Bu il fermerlər şəkər çuğunduru üçün şum işini dekabrda aparıb. Məhsuldarlğı artırmaq üçün hər hektara 200 kq amofos və 100 kq kalium gübrəsi verilib. Bu il Samuxda şəkər çuğunudurunu əkmək üçün 31 mülkiyyətçi ilə İmişli Şəkər Zavodu müqavilə bağlayıb. Bütün xərcləri qarşılayan zavod fermerləri daha məhsuldar toxum növləri ilə təmin edib.
Şaiq Nəcəfov fermer:Ötən il 6 hk əkmişdim. Yaxşı məhsul götürdüyümə görə bu il 10 hk əkəcəm. Şirkət tərəfindən bütün aqrotexniki işlər görülüb, malalanıb indi də əkirik.
Məmməd Məmmədov İmişli şəkər zavodunun ofis aqronomu: Dövlət tərəfindən də şəkər çuğundurunun hər bir tonu üçün 4 manat subsidiya verilir. Hər hektara fermerlər üçün 280 manat pul ayrılır. Onunda 70 manatını fermer nəğd şəkilində istifadə edə bilir. Qalan 210 manatı da gübrələr üçün istifadə edə biləcək. Bu il təzə sort toxumlarımız gəlib. Qafqaz, talstof sortunu gətirmişik, hamısı da cavan yeni sortlardı. Hektardan 50-60 hk məhsuldarlıq əldə etməyi gözləyirik.
- Baxış: 326