• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 10.03.2020 12:30

İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı

KepezTV Player

İrandan qayıdan 54 və 42 yaşlı iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 82 yaşlı Azərbaycan vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.