• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 09.03.2020 19:22

Gəncəli boksçu Tokio-2020 arzusundadır

KepezTV Player

O, Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşən Azərbaycan yığma komandasının tərkibində yer alıb. Rüfət martın 14-də başlayacaq və 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini qoruyacaq 12 boksçudan biri olacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Hüseynov 52 kq çəki dərəcəsində vuruşacaq. Olimpiada arzusunu reallaşdırmaq üçün gəncəli idmançı ilk “səkkizlik”də qərarlaşmağı bacarmalıdır. Böyük Britaniyanın paytaxtında Rüfətlə yanaşı, Cavid Çələbiyev, Lorenzo Sotomayor və Kamran Şahsuvarlı kimi dünya, Avropa, və Olimpiya Oyunlarının mükafatçıları mübarizə aparacaq. Yığma üzvləri seçim yarışı ilə bağlı son 3 ayda gərgin hazırlıq prosesi keçməklə, Bakıda, Tailandda və Türkiyədə təlim-məşq toplanışında olublar.