• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1909
— 09.03.2020 19:10

Seriallar bizə necə təsir edir?

KepezTV Player

Biz istəsək də, istəməsək də bu həyatda təmasda olduğumuz, gördüyümüz, eşitdiyimiz hər bir şey bizə təsir edir. Bu artıq sübut edilmiş bir faktdır. Buna görə də ətrafımızda yalnız bizə müsbət təsir göstərə biləcək şeylərin olmasına çalışmalıyıq. Məsələn, yaxşı insanlarla ünsiyyətdə olmaq, faydalı kitablar oxumaq, gözəl əşyalara baxmaq və sair.. Bu baxımdan televiziyada nəyə baxmağımız da böyük əhəmiyyət daşıyır. O cümlədən seriallar...

Dövrümüzün reallığı sayılan teleseriallar mövcud təlabata uyğun olaraq, bu gün əksər televiziyaların gündəlik proqramında yer alır. Fərqli mövzular, müxtəlif ssenarilər əsasında çəkilən ekran işləri bəs görəsən, cəmiyyətə, izləyicilərin psixologiyasına necə təsir edir?

Ümid edirik ki, bizdə də nə vaxtsa milyonlarla büdcəsi olan və milyonların həvəslə baxdığı keyfiyyətli, yüksək mənəviyyat aşılayan seriallar çəkiləcək. Ümid edirik ki, bizim televiziyaların maddi durumları buna imkan verəcək. İndi seriallara baxıb-baxmamaq sualına gəldikdə isə - əgər vaxtınız, həvəsiniz, hövsələniz varsa niyə də yox?! Əsas odur ki, unutmayaq - bu serialdır, nə isə öyrənmək, nümunə götürmək üçün sənət əsəri deyil.