• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 09.03.2020 19:20

Koronavirusun turizmə təsiri

KepezTV Player

Dünyada səyahətlərin azalması müşahidə edilir. İnsanlar artıq istədiyi ölkədə istirahət etməkdən çəkinir. Bu da öz növbəsində turizmə öz mənfi təsirini göstərir. Niyəsi, qarşdakı sujetdə.

Koronavirus epidemiyasının yayılmasından zərər görən səhərlər sırasında turizm də var. Turizm şirkətlərinə səfrlərlə bağlı müraciətlərin də sayı azalıb.

Məmməd Sadıqov - turizm şirkəti nümayəndəsi: Hal-hazırda turizm sahəsində çox çətin bir vəziyyət yaranıb. İranla sərhəddimiz bağlıdır. Bu bölgədən virus səbəbilə turist qəbul edə bilmirik. Eyni zamanda yaxın şərq ölkələrindən də Azərbaycana turizmlə bağlı səfərlər ləğv olunub. Gürcüstan və Türkiyə sərhədlərimizin açıq olmasından istifadə edərək qrup turlarına davam edirik.

Marketinq siyasətində korreksiyalar edən tur-operatorlar yeni paketlər hazırlamaqla vəziyyətdən çıxmağa çalışır. Ancaq virusun yayılması səbəbindən mehmanxanalar da istədiyi həcmdə qonaq qəbuk edə bilmir. Dezinfeksiya işlərinin aparılması belə mehmanxanala müraciətlərin azalmasının qarşısını almır.

Elşad Ələkbərov - mehmanxana sahibi: Son zamanlar xarici qonaqların gəlməyində kəskin azalma müşahidə olunur. Bir neçə ölkələrdə bildiyiniz kimi koronavirus epidemiyası yayılıb. Əsasən də İran və Şərqi Asiya ölkələrində. Ordan gələn qonaqların sayında azalma müşahidə olunur. Biz də dezinfeksiya işləri aparırıq ki, gələn qonaqlarımızın problemləri yaranmasın.

Koronavirus turistlərdə psixoloji problemlər də yaradıb. Bir çox insanlar virus olan ölkələrdən əlavə, hətta bu virus olmayan olmayan ölkələrə də səyahətlərini təxirə salırlar. Tanımadıqları qidalardan uzaq dururlar. Qısası epidemiyaya qarşı restoranlar da tədbirlər görürlər.

Simur Ələsgərov - restoran rəsmisi: Koronavirus insanların fikrində problem olaraq düşünülürsə, biz də qida sektoru olaraq bu məsələlərə diqqət edirik. Aldığımız məhsulların saxlanılması və istifadəsinə də diqqət edirik.

Sağlamlıq hər şeydən öndə olduğundan həm turistlər üçün, həm də obyekt sahibləri üçün ehtiyat tədbirlərin görülməsi labüd edir. İnsanların təhlükəsiz şəkildə nəvax səyatə edə biləcəkləri dəqiq bilinməsə də real vəziyyət onun iqtisadi təsirlərini qaçılmaz edib.