• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 09.03.2020 15:58

Orta məktəbin binası yarasız hala düşüb

KepezTV Player

Gecə saatlarında Mingəçevirdə güclü yanğın baş verib. Hadisə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yerləşən orta məktəb binasında qeydə alınıb. Tez bir zamanda ətrafa yayılan alov sakinləri təşvişə salıb. Yanğın genişlənərək ətrafda olan bir neçə şam ağacını da əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər çağrılıblar. Alovu çətinliklə də olsa ram etmək mümkün olub. Turist bazasında yerləşən məcburi köçkünlərin təhsil aldığı Ağdam rayon 72 saylı orta məktəbin binası yarasız hala düşüb. Alovun məcburi köçkünlərin müvəqqəti yaşadığı taxta konustruksiyalı evlərə keçməsinin qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.