• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 07.03.2020 16:33

Gənclərin həftəsonu məşğuliyyəti

KepezTV Player

"Vaxt qızıldır”  deyirlər, amma bəzən gənclər öz vaxtlarını düzgün planlaşdırıb, onu "qızıl”a çevirə bilmir. Gənclik insanın ən məhsuldar dövrüdür desək yanılmarıq. Bir çox hallarda gənclər həftəsonunu internet klublarda, pleysteyşn salonlarında keçirir. Ancaq vaxtını səmərəli formada təşkil edən gənclər də az deyil.

Elvin Məmmədov şəhər sakini:Dostlarımla gəzirəm, çox vaxt kitabxanada da oluruq.Arada da idmanla məşğul oluruq.Ən azından idmanla məşğul ola bilərlər, kitab oxumaqla dünyagörüşü artıra bilərlər.

Elgiz Məhəmmədov şəhər sakini:Boş vaxtlarımızda kitab oxuyuruq. Ana dilimiz Azərbaycan dilini öyrənirəm.Pleysteyşnlara ümumiyyətlə getmirik.

Vüsal Şıxıyev şəhər sakini:Eləsi var çayçılara gedir,eləsi də var pleysteyşnlara gedir. Ancaq mən kitab oxuyuram.Dərslərini oxusunlar. Girib tiktoka videolar qoyurlar, tövsiyə etmirəm.

Yaşlı nəslin nümayəndələri gənclərin internet resurlarına meyillənməsini düzgün qiymətləndirmirlər. Onlar Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz ” sözlərini rəhbər tutaraq elmə, kitabxanalara yönəlməyi üstün sayırlar.

Xalid Musayev şəhər sakini:Mən bildiyim qədərilə gənclər vaxtlarını ən çox internet klublarda keçirirlər.Mən onlara tövsiyə edərdim ki, elmlə məşğul olsunlar.Evdə də kitab oxusalar yaxşıdır, idman zallarına da getmək yaxşıdı, kitabxanaya da getsələr yaxşıdır.Elmlə, dəyərli bir şeylə məşğul olsunlar.Gedib oyunlar oynayırlar.Bu gənclərə heçnə vermir.

Yunis Barıyev şəhər sakini:Yaxşı niyyətlə həmin məkanlara getsinlər.Elm öyrənmək məqsədilə istifadə etsinlər, oyun məqsədilə yox.Yaxşı olardı ki, idmanla və ya hansısa sənətlə məşğul olsunlar.

Gənclər asudə vaxtlarını səmərəli təşkil etmək üçün idman zallarına da müraciət edə bilər. Necə deyərlər “sağlam bədəndə sağlam ruh olar”. Yaxud da, kitabxanalara yollanıb elmin ağuşuna qapıla bilərlər. Çünki kitablar insanın ən sadiq dostudur.

Gənclər asudə vaxtlarını səmərəli dəyərləndirmək üçün bir çox seçimlər edə bilərlər. Bura daxildir dostları ilə gəzintiyə yollanmaq, kitabxanalara müraciət etmək və s. digər məşğuliyyətlər. Ancaq son vaxtlar internet klublar və pleysteyşnlar insanları real həyatdan uzaqlaşdırıblar. Xüsusən də, gənc nəslin nümayəndələri pleysteşnlara müraciət edirlər və bir neçə saat vaxtlarını orda keçirirlər. Bu da mütəxəssislərin bildirdiyinə görə zərərlidi və onların asudə vaxtlarını səmərəli keçirməklərinə mane olur.