• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 07.03.2020 12:31

Koronavirusa yoluxanların sayı 9-a çatdı

KepezTV Player

 İrandan qayıdan Azərbaycanın üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumat görə,onlardan biri, 82 yaşlı vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analizlə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib. Hazırda pasiyentin vəziyyəti kafidir. Digər iki şəxs – 26 və 27 yaşlı, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldır, hərarətləri yoxdur, vəziyyətləri kafidir. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bununla da ölkədə koronavirus infeksiyası təsdiqlənən şəxslərin sayı 9-a yüksəlib. Bu arada Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb ki, koronavirus isti havada da yayıla bilər. Virusun yayadək yayılmasının dayanması az ehtimal edilir.Mövsümi qrip kimi koronavirusun da yayda yoxa çıxacağı iddiası əsassızdır.