• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 06.03.2020 18:03

Qardaş qardaşını öldürdü

KepezTV Player

Qusar rayonunda qanlı olay yaşanıb. 50 yaşlı Raul Orucov aralarında yaranmış mübahisə zamanı qardaşı 48 yaşlı Kəmran Orucova bıçaqla zərbə yetirib.  Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.