• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3717
— 06.03.2020 16:17

Kikboksinqin sehirli "cin"i

KepezTV Player

Kikboksinq döyüş növləri arasında xüsusi populyarlığı və kütləviliyi ilə seçilir. Bu növü insanlara tanıdan, sevdirən yalnız fəndləri, zəngin texnikası deyil. Kikboksinqlə məşğul olub nəticələr, titullar qazanan idmançılar da bu növün seçilib sevilməsində rol oynayır.

Elnur Salamov da vaxtilə belə idmançılardan biri olub. Gəncə kikboksinqinin yetişdiyi simalardan olan “cin” ləqəbli Salamovun adı öncüllər sırasındadır.

Sujetin qəhrəmanı 1998-ci ildən beynəlxalq arenalarda ölkəmizi təmsil etməyə başlayıb. Ardıcıl iki dəfə gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub. Salamovun ən böyük uğurları isə 21-ci əsrə təsadüf edib. Dəfərlərlə dünya çempionu və dünya kubokunun qalibi olub.

Qazandığı nailiyyətlərlə Azərbaycan bayrağını yüksəldib, himnimizi səsləndirən sabiq idmançı bu məqamın ona unudulmaz hisslər yaşatdığını bilidirib. Hər bir idmançı üçün heç vaxt unudulmayacaq görüşlər, yarışlar olur. Bir yarışda iki məqsədə çatan Elnur Salamov 15 il öncə reallaşan əlamətdar hadisə ilə bağlı xatirələrini yada salıb.

Elnur Salamov idmançı fəaliyyətini davam etdirə-etdirə gələcək planları qurub. Paralel olaraq məşqçiliyə başlayıb və Samux Kikboksinq Klubunu yaradıb.

Salamovun yetirmələri arasında ən tanınmışı bir sıra yarışların qalibi, peşəkar döyüşlərə çıxan Elxan Əliyevdir.

Gəncədə kikboksinqin inkişafında özünə məxsus rolu olan gənc məşqçi özü kimi yetirmələrinə də titullar qazandırsa da, bununla missiyasını bitmiş hesab etmir. Daha böyük uğurlara imza atmaq üçün səylərini davam etdirir.