• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 05.03.2020 20:14

Metropolitendə maska satan şəxs saxlanıldı

KepezTV Player

"Bakı Metopoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metro qatarlarında qoruyucu maska satılması ilə bağlı yayılmış videogörüntrülərə münasibət bildirib.B.Məmmədov deyib ki, martın 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər: "Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.Metropolitenin sərnişinlərindən xahiş edirəm ki, belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir".

Metropoliten rəsmisi bütün sərnişinləri metrodan istifadə qaydalarına riayət etməyə çağırıb.