• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 05.03.2020 16:34

Universitetdə kompleks dezinfeksiya

KepezTV Player

Gəncə Dövlət Universitetində koronavirus infeksiyasının yayılması təhlükəsinə qarşı dezinfeksiya işləri görülür. Mütəxəssislər tərəfindən universitetin tədris korpusları dezinfeksiya olunur. Universitetin auditoriyalarında, laboratoriyalar, təlim mərkəzləri, sanitar qovşaqlar, zirzəmilər, idman zalı, dərs və iş otaqlarında dezinfeksiya işləri aparılır. Əks-epidemik tədbirlər universitetin yataqxanasında, tələbələr üçün nəzərdə tutulan avtobusda, akt zallarında da həyata keçirilib. Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var və digər viruslara nisbətən qalıcılıq müddəti azdır. Dezinfeksiya zamanı xaricdən gətirilən yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə edilib. Bu universitetdə aparılan sayca ikinci dezinfeksiyadır.