• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 05.03.2020 16:33

15 şübhəli şəxs müayinələrə cəlb edilib

KepezTV Player

Cari ilin əvvəlindən bu günə kimi Gəncədə koronavirusa yoluxma şübhəsi ilə 15 nəfər karantinə götürülüb. Virusun yarada biləcəyi təhlükə nəzərə alınaraq şübhəli şəxslər həkim nəzarəti altında müayinə və müalicə tədbirlərinə cəlb edilib.Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında koronaviris əleyhinə böyüklər üçün 4 nəfərlik iki, uşaqlar üçün isə 2 nəfərlik  bir palata ayrılıb. Xəstəxananın tibbi personalı gücləndirilmiş iş şəraitində çalışır. Burada virusa yoluxma ilə əlaqədar şübhəli şəxsin müayinə və müalicəsi üçün bütün şərait yaradılıb, lazımı dərman peraparatları ilə təchizat aparılıb.

İradə Dəmirova Yolxucu Xəstəliklər Xəstəxanasının baş həkimi: İndiyə kimi 15 şəxs gəlib, müayinədən keçirmişik, yoxlamışıq, nəzarətdə saxlamışıq. Onlardan da 3 nəfəri uşaq, qalanı isə böyüklər olub. Rusiyadan, İrandan, Banqladeşdən gələnlər var. Əsasən öz vətəndaşlarımızdı.