• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 04.03.2020 20:04

Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankı yaradılır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankının yaradılmasına başlayıb. İnstitutun direktoru Mahir Hacıyevin sözlərinə görə, bu məsələ ilə bağlı ötən ilin əvvəlindən təhqiqatlar aparılıb və artıq prosesə start verilib. “Toxum Bankında genetik fondumuzdan itmək təhlükəsi olan cinslər qorunub-saxlanılacaq. Məqsəd genetik fondu zənginləşdirməkdir. Layihənin tərkib hissəsi olaraq damazlıq kompleksi tikilir”. Hacıyev onu da əlavə edib ki, hazırda dünyanın 125 ölkəsində Toxum Bankı var.