• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 04.03.2020 20:08

1589 fermer qeydiyyatdan keçərək subsidiya alır

KepezTV Player

Göygöldə payızlıq əkin edən fermerlərin adlarının elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edilməsi tam başa çatıb. Bu isə əkinə görə subsidiyaların verilməsinə əsas yaradıb. Hazırda fermerlərin yazlıq əkin üçün sistemdə qeydiyyatı aparılır.

Dövlət Aqrar İnkişaf Mərkəzinə təqdim edilən sənədlər əsasında aparılan elektron qeydiyyat Göygöl rayonunda payızlıq əkin edən 1589 fermeri əhatə edib. Artıq torpaq istehsalçılarına fermer kartları da paylanıb. Bu fermerlərin çoxu taxılçılıqla məşğul olanlardır. Onlara buğda əkini üçün hektara 200 manat, arpa əkini üçün isə 160 manat subsidiya verilir. Bu məbləğin də 25 faizini nəğdləşdirmək imkanı var.

Rza Rzayev - fermer: Müraciət elədim və iki gündən sonrada kartımı götürdüm, pulumu da aldım. 5 ha hazırda arpa əkmişəm, indi də suvarma işi aparırıq. Gələcəkdə yəqin ki, məhsuldarlıqda yaxşı olacaq. Çünki dövlət yardım etdiyi üçün biz də lazımı işləri apara bilirik.

Ramiz Tağıyev - fermer: Mən 4 ha taxıl əkmişəm onu elektron qaydada qeydiyyatdan keçirmişəm. Fermer kartımı almışam. Ona uyğunda bankdan pulumu götürmüşəm, çox sərf edir. )) ((K/A)) Həmçinin rayonda yazlıq əkinlər üçün də fermerlərin qeydiyyatına başlanılıb.

Adil Kərimzadə - Göygöl DAİM-in sektor müdiri: Fermerlər əsasən şəxsiyyətini təstiq edən sənəd və mülkiyyətini təstiq edən sənədlə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış mərkəzə yaxınlaşırlar. Çox qısa müddətdə qeydiyyatdan keçirlər. Yazlıq əkinlər üçün əsasən Göygöl rayonunda günəbaxan və şəkərçuğunduru əkilir. Bundan başqa kartof və digər bitkilərdə əkilir. Şəkərçuğunduruna görə 200 manat, qalan yazlıq bitkilər isə 160 manat subsidiyanın verilməsi nəzərdə tutulur.

Ötən il rayonda kənd təsərrüfatı ilə məşğul olan 1489 istehsalçı 12 min ha-da əkin aparıb. İstehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq, motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsindən 6 yüz 12 min 410 manat subsidiya verilib.