• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 04.03.2020 03:43

Şəxsi ədavətə görə həmyerlisinin evini qarət edən şəxs saxlanılıb

KepezTV Player

Gədəbəydən mənzildən pul oğurlayan şəxs saxlanılıb. Oğurluğu isə ev sahibi ilə aralarında olan ədavətə görə törətdiyini deyib. Ancaq bu heç də inandırıcı deyil. Çünki araşdırmalarla onun  Tovuz rayonunda da analoji cinayət törətdiyi məlum olub. Əməkdaşımız Natiq Hüseyn baş verən oğurluq faktalrının təffərüatlarını öyrənib.

Gədəbəy sakini Xəyal Məmmədov rayon polis şöbəsinə ərizə ilə müarciət edərək yaşadıqları mənzildən 3500 manat nəğd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Dərhal zəruri əməliyyat axatrış tədbirlərinə başlayan polis əməkdaşları cinayətin üstünü aça biliblər. Müəyən edilib ki, oğurluq faktını törədən heç də yad adam deyil, Xəyal Məmmədovun həmkəndlisidir.

İbrahim Hüseynnov - baş müstəntiq: Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində müəyən olunub ki həmin oğurluq cinayətini əvvəllər dəfələrlə məhkum olunmuş İbrahimov Cingiz Polad oğlu törədib. Hal-hazırda İbrahimov Cingiz Polad oğlu tərəfimizdən şübhəli şəxs qismində saxlanılıb.

Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Cingiz İbrahimov əməlini etiraf edərək, bildirib ki, ev sahibi ilə şəxsi ədavəti olduğundan bu işi etmək fikrinə düşüb.  Davam etdirilən əməliyyat tədbirləri ilə o da məlum olub ki, bu onun yeganə naqisliyi deyil.

Cingiz İbrahimov - saxlanılan şəxs: Xəyalın evinə girmişəm. 3100 manat pul götürmüşəm. Tovuzun kəndində də bir evə girmişəm. Oradan iki üzük üç dollar birdə sənədlər götürmüşəm. O evə ona görə girdim ki aramızda bir az narazılıq olmuşdu. Tovuzdada heçnə keçirdim oradan gördüm ev sahibləri qapınıə bağlayıb harasa gedirlər. Pəncərəni sındırıb içəri daxil oldum.

Əsasən bağlı qapıları hədəf seçən Çingiz İbrahinmovun əməlindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.  Gədəbəy polisi bu istiqamətdə araşdırmalarını davam etdirir.

 

Natiq Hüseyn