• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 04.03.2020 11:26

String Art

KepezTV Player

Deyiblər ki, musiqi kimi, rəsm də duyğuların cilalanmış portreti, eyni zamanda mənzərəsidir. Eyni zamanda incəsənət mədəniyyətin tərkib hissəsi, ictimai şüur növü, insani hissləri təsvir edən vasitədir.

Rəssamlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Bu sənətin əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Müsahibimiz, istedadlı rəssam Sona Məhərrəmova da bu fikirdədir. O bu sənətin bir çox növü ilə məşğuldur. Bu dəfə isə tamam fərqli əl işləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, Sona ölkəmizdə incəsənətin nadir növlərindən olan “String Art”la  məşğul olanlardandır. 

Əllərinin zəhməti ilə gördüyü gözəlliyi əbədiləşdirməyə qadir olan müsahibimiz, yaratdığı gözəllikləri - sənət əsərləri ilə bizi yaxından tanış etdi. String Artın sirrlərini bölüşən Sona xanım bu işdə səbr və hövsələnin əsas amil olduğunu vurğuladı.

Ustadlardan biri deyib ki önəmli olan gördüyün işdən zövq ala bilməkdir. Bunun ücünsə,  istedad, məşğul olduğun peşəyə sevgi  və əzmkarlıq tələb olunur. Yalnız bu halda, sənətin incəliklərinə vara bilərsən..  

Aynur Mehdiyeva