• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 03.03.2020 20:30

Demaqoqluq, yoxsa dünyagörüşü?

KepezTV Player

Debatda iştirak etmək gənclərə nə qazandırır?

Respondentlərdən fərqli olaraq, bəziləri düşünür ki, debatda fəal iştirak gənclərə sadəcə olaraq, demaqoqluq aşılayır.

Elşən Tağıyev Gəncə Regional Debat Mərkəzinin rəhbəri:Demaqoqluq deməyək, Debat gənclərə sadəcə olaraq düşülən hər bir mühitdən, vəziyyətdən daha asan və səriştəli çıxmağı öyrədir. Gənclər və İdman Nazirliyi tərəfindən mövzular seçilir və onun ətrafında debatçılar fikir mübadiləsi aparırlar. Bununla da, gənclər nəinki öz ixtisasları əlavə mövzular haqda da məlumatlı olur, nitqlərini inkişaf etdirirlər. Debatda gənclərə natiqlik prinsipləri aşılanır.

Gəncə Gənclər Evinin nəzdində fəaliyyət göstərən Debat Mərkəzinin hazırda rəsmi olaraq, 6 klubu var. 3 üniversitet və 3 kollecdə fəaliyyət göstərən debat klublarına ayrı-ayrılıqda, 200-ə yaxın tələbə üzvlük edir.

Peykər İbrahimova klub üzvü:Debatın əsas məqsədlərindən biri gənclərin natiqlik qabiliyyətini inkişaf etdirməkdir. O həmçinin, bizə güclü kollektiv qazandırır, kommunikasiya əlaqələrimizin güclənməsinə kömək edir.

Gündüz Əliyev klub üzvü:3 ildən artıqdır ki, debat klubunun üzvüyəm. Debatçı olmazdan əvvəl böyük auditoriya qarşısında çıxış edə bilmirdim. Nitqimə və digər amillərə görə utanırdım. Debatçı olandan sonra bütün bunları yendim, böyük auditoriya qarşısında səlis çıxış edə bildim, eyni zamanda öz natiqliyimi artırdım. Mənim təkidimlə debata üzv olan dostlarım da oldu. Onlar özləri də şahid oldu ki, debatlar gənclərin şəxsi inkişaflarında mühim rol oynayır, üstünlüyü çoxdur...

Debat forumlarında iştirak üçün klublara hər il bir qayda olaraq, 1000-ə yaxın debatçı cəlb olunur. Uğurlu iştiraka görə, seçilmiş şəxslər sertifikat və kuboklarla təltif olunur. Həmin rəsmi sənədlər isə gələcəkdə gənclərə iş üçün müraciət zamanı əlavə üstünlük qazandırır.