• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 03.03.2020 20:05

10 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıb

KepezTV Player

Zaqatalada oğurluq faktının üstü açılıb. Rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanova məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verilib. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdiyi istintaq - əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər,  zərərçəkmişin həmkəndliləri-əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.