• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 02.03.2020 19:55

Onlayn alqı-satqı yoxsa maşın bazarı?

KepezTV Player

İndiki dövrdə hər kəs hər şeyin ucuz və keyfiyyətlisini axtarır. Avtomobillər də bu kateqoriyaya daxildir. Avtomobil almaq istəyənlər ekrana yaxın əyləşsinlər. Əməkdaşımız Valeh Anaroğlunun hazırladığı materialda onlayn alqı-satqı, yoxsa avtomobil bazarında seçim etmək daha yaxşıdır, bunu öyrənəcəyik. İzləyək.

Onlayn alqı-satqı. Şəklinə baxıb, maşın seçmək. On il əvvəl biz bu haqda danışsaq, inandırıcı olmazdı. Ancaq indi belə deyil. Həm alıcılar, həm satıcılar onlayn platformalardan istifadə edirlər.

Saytlarda əsasən maşının yürüş məsafəsi, mühərrikin gücü, salonun və banın vəziyyətini əks etdirən fotolar olur. Bu minvalla insanlar sadalananlarla qiyabi şəkildə tanış olurlar. Lakin müqayisədə alıcılar üstünlüyü daha çox real bazara üstünlük verirlər.

Elektron ticarətin ənənəvi ticarətdən bir neçə üstünlüyü var. Əgər alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta qənaət edilməsidirsə, bu xərclərə də qənaət edilməsi mənasına gəlir. İstənilən halda qısa vaxt ərzində onlayn platformalardan istifadə etməklə yüzlərlə avtomobilə baxmaq mümkündür.<br>

Elməddin Muradlı - onlayn alqı-satqı mütəxəssisi: Avtomobillərin onlayn alqı-satqısı ilə bağlı platform Azərbaycanda uzun müddətdir ki, tətbiq olunur. Bu platforma heç də uğursuz nəticələnməyib. Əslində insanların avtomobil alqı-satqısı ilə bağlı işini asanlaşdırıb. Təsəvvür edin ki, bir adam avtomobil almaq üçün gün ərzində bir neçə avtomobilə baxa bilər vaxt itkisi baxımından, ancaq həmin vaxt ərzində internet resurslarından istifadə etməklə, yüzlərlə avtomobilə baxmaq imkanı yaranır.

Alqı-satqı münasibətlərinin başında insan amili dayandığından onlar arasında təmas qaçılmazdır. Əgər təmas olmazsa onlayn alqı-satqıdan istifadə zamanı müəyyən problemlər yarana bilər.

Vaqif Mirzəliyev - ekspert: Bütün alqı-satqının içində insan amili dayanır. Sahib və sahibkarlıq meyilləri. Maşın alqı-satqısı zamanı maşın sahibi və alıcı qarşı-qarşıya söhbət aparmalı və maraq dairəsində olan hüquqi məsələlər qarşı-qarşıya gətirilməlidir. Bu əgər onlayn şəkildə həyata keçirilirsə, sövdələşmə olur. Maşını gətirib təhvil verirlər. O öz yolunda, sən öz yolunda. Sonra problemlər meydana çıxır. Düzdür, onlayn məsələsi rahatdır, bazara çıxıb əziyyət çəkmirsən. Amma istənilən o əziyyətin arxasında iqtisadi mənafe dayanırsa, əziyyət çəkməyə dəyər.

Maşın bazarında alqı-satqını həyata keçirmək üçün iki vasitədən istifadə edirlər.Biri onlayn alqı-satqı, ikincisi maşın bazarına gəlib əyani olaraq maşınlarla tanış olmaq.Xüsusilə də yaşlı nəslin nümayəndələri onlayn platformalardan istifadə etmədiklərini bildirirlər.Ancaq gənc nəslin nümayəndələri də bildirir ki, onlayn platformalardan istifadə etməklə satışı sürətləndirmək olar.