• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 02.03.2020 19:53

"Gəncə" Super Liqada qarşısıalınmazdır

KepezTV Player

Kişi basketbolçulardan ibarət “Gəncə” klubu Superliqada qarşısıalınmazdır. Əməkdar məşqçi Rizvan Səfərovun yetirmələri çempionatda ardıcıl 5-ci qələbəsini qazanıb. “Sarı-göylər” Super Liqaya ev sahibliyi edən Azərbaycan Texniki Universitetinin idman zalında bu dəfə “Atom”u məğlubiyyətə uğradıb. Gəncəlilər 20-ci turun oyunları çərçivəsində reallaşan qarşılaşmada rəqibinə 86:78 hesabı ilə qalib gəlib. Görüşün ilk 3 periodunda “Atom”dan üstün olan Nizami yurdunun komandası sonuncu hissədə təşəbbüsü əldən versə də, final sirenasına kimi 8 xallıq fərqi rəsmiləşdirib. “Gəncə”nin heyətində oyunun qəhrəmanı Əliağa Mustafayev olub. Basketbolçu meydanda olduğu 33 dəqiqə 7 saniyə ərzində 22 xal toplayıb. Beləliklə, “Atom” üzərindəki qələbədən sonra Səfərovun komandası turnir cədvəlində 3-cü pillədəki yerini qoruyaraq 2-ci olan rəqibinə yaxınlaşıb.<br>