• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 29.02.2020 16:32

Kukla Teatrı Beynəlxalq festivallarda iştirak edəcək

KepezTV Player

Gəncə Dövlət Kukla Teatrı iki beynəlxalq teatr festivalına dəvət alıb. Kollektiv aprelin 23-29-nə kimi Türkiyənin Ankara şəhərində keçirilən “Kiçik xanımlar, kiçik bəylər adlı” Beynəlxalq Teatr festivalında Əhməd Orucun “Zınqrovlu pişik” tamaşası ilə iştirak edəcək. 14-17 mayda isə Estoniyanın Vilyandi şəhərində keçirilən “14-cü Beynəlxalq Teatr Çamadanda” festivalı keçiriləcək. Teatr Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” əsərini orada nümayiş etdirəcək. “Zınqrovlu pişik” tamaşasında pişiklərlə siçanların anbar uğrunda mübarizəsindən və  sonda siçanların dostluğunun birliyinin qalib gəlməsi nümayiş olunur. Digər tamaşada isə kiçik tənha Düyməciyi məcburən ərə vermək istəsələr də sonda xeyir şər düşüncələrin üzərində qələbə çalır və o Şahzadə ilə dost olur.Ötən il “Düyməcik” Bakıda, “Zınqrovlu pişik” isə Türkiyənin Amasiya şəhərində keçirilən beynəlxalq festivallarda iştirak edib və diplomlara layiq görülüb. Hər iki tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekoratr rəssamı Sara Məmmədova,kuklaçı rəssamı isə Tünzalə Cəfərovadı.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Keçirilən festivallar teatr üçün çox önəmlidir. Teatr başqa dövlətlərdən gələn yaradıcı kollektivlərlə fikir mübadiləsi aparır, teatr yeni forma və metodları öyrənir və bizdən də nəyi isə onlar öyrənir. Keçirilən festivalların mahiyyəti bundan ibarətdi.

Şamil Məmmədli quruluşçu rejissor:Hər iki tamaşada yaxşı fikirləri müsbət cəhətləri çatdırmaq istəmişik. Quruluş baxımından da Zınqrovlu pişik tamaşasında kukla ilə canlı insanların sintezini etmişik. Düyməcik tamaşasında isə teatr çamadanda yəni bütün tamaşalar bir çamadanın içində baş verir. Biz o çamadandan səhnə kimi istifadə edirik, işıqlarda o çamadanın daxilində olur.