• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 29.02.2020 16:30

Azərbaycan İranla sərhədi bağladı

KepezTV Player

Koronavirus riskinin yayılması ilə əlaqədar bu gün saat 16:00-dan etibarən ikihəftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib. Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcək.