• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 29.02.2020 12:36

PR yoxsa reklam?

KepezTV Player

Bu gün marketinqə orta səviyyəli fikir verən şirkətlərdə belə, reklam kampaniyalarının konkret hədəfləri olur, proses dəqiq layihələndirilir. Reklam kampaniyasının vaxtı, büdcəsi və təbii ki hədəfi olur. Bu prizmadan baxsaq kampaniyalar müəyyən müddəti əhatə etməklə faydası ölçülə bilir. Eyni zamanda uğurlu reklam kampaniyasının müəyyən aparılma prinsiplərinə görə istifadəçiləri var.

Ruslan Vəliyev QHT rəsmisi:Son dövrlərin əsas silahlarından biri PR və Marketinqdi. Biz təşkilatın tədbirləri zamanı PR-dan istifadə edirik. PR ən çox sosial şəbəkələr vasitəsilə aparılır. Layihə icrasına başlayan zaman gəncləri layihəyə dəvət etmək üçün elanlar veririk, məlumatlar paylaşırıq. PR-dan səmərəli şəkildə istifadə etdikdə daha çox gəncə çata bilirik, layihəmizlə bağlı ictimaiyyət daha çox məlumatlanır.

Çox zaman PR ilə reklamın bir-biri ilə oxşarlığını bildirmək asan olur, eyni zamanda bəzi “ümumi” danışmağı xoşlayanlar heç çox zaman özləridə səbəbini bilmədən… “PR reklamdan tam ayrı bir şeydir – bunları bir araya gətirmək olmaz!” kimi fikirlər bildirirlər. Ancaq PR ilə məşğul olan insan mütləq hədəf kütləsini düzgün seçməlidir.

Elmar Bağırov PR mütəxəssis:İctiamiyyətlə əlaqələr və PR şirkətlərin, ictimai birliklərin, partiyaların, QHT-lərin informasiyalarının verilməsi haqda əməkdaşlıq əlaqələrinin irəliyə aparılması üzrə kompleks tədbirlər sistemidir. PR önəmli silahdır. Sadəcə hədəf doğru və düzgün seçilməlidir.

Həm reklam, həm də PR fəaliyyətinin məqsədi eyni olsa da bunların təsir elementləri tam fərqlidir. Reklam bir qayda olaraq son xarici müştəriyə və bəzi hallarda köməkçi həlqəyə birbaşa informasiyanı çatdırır. Reklam hər zaman birbaşa sözünü deyir. PR vasitəsi ilə isə tam əksinə söz heç vaxt müştərinin “üzünə” deyilmir.