• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 28.02.2020 20:03

Sakitləşdirici vasitələrə təlabat hansı səviyyədədir?

KepezTV Player

Əksər insanlar bir az ağrı hiss edən kimi dərhal aptekə gedir, yaxud evdə olan sakitləşdirici vasitələrlə özlərini kortəbii müalicə edirlər. Yaxud da haradansa eşitdikləri və ya oxuduqları müalicə üsulunu öz üzərlərində tətbiq edirlər. Halbuki həkim məsləhəti olmadan qəbul edilən dərmanlar çox ciddi təhlükələrə yol aça bilər. Əməkdaşımız Fidan Muradlı bu barədə araşdırma aparıb.

Son zamanlar əhalinin çox geniş istifadə etdiyi əsəb sakitləşdirici və depressiya əlehinə dərmanların tərkibi ilə bağlı müxtəlif fikirlər səslənir. Bu preparatların asılılıq yaratdığını deyənlər belə var. Görəsən bu doğrudurmu ? Antidepressanların qəbulu zamanı nələrə diqqət etməliyik ? Onları əvəz edən təbii vasitələr metodlar varmı ? Yaranabütün sualların cavabını mütəxəssislərdən alacağıq. Amma əvvəlcə qısa bir sorğu...

Mütəxəssislərin fikrincə, hər hansı bir problem zamanı apteklərdən resepsiz dərmanların alınması düzgün deyil. Istənilən bir şəxs bunun üçün ilk növbədə həkimə müraciət etməli, dərmanı onun təyinatı əsasında qəbul etməlidir. Bir də çox vaxt özümüz özümüz üçün hər şeyi bir az da qəlizləşdiririk. Belə olan halda sakitləşdirici dərmana üstünlük verməyə tələsməsək yaxşıdır. Bəzən dərmanımız elə özümüz ola bilərik.