• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 28.02.2020 20:13

ADAU-da “Magistrantların Respublika Elmi Konfransı” keçirilib

KepezTV Player

100 illik zəngin tarixi olan universitetdə reallaşdırılan konfransın məqsədi respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan magistrantların apardıqları elmi-tədqiqat işlərinin metodikalarının, nəticələrinin müzakirəsini təşkil etməklə iştirakçılar arasında fikir mübadiləsini həyata keçirmək və eyni zamanda mühüm elmi nəticələrin elmi sferada paylaşmaqdan ibarətdir. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan magistrantların iştirak etdiyi tədbirdə “Kənd turizminin regionların sosial-iqtisadi vəziyyətinə təsiri”, “Soya bitkisinin becərilmə aqrotexnikası”, eləcə də 100-ə yaxın məruzə dinlənilib.