• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 28.02.2020 20:09

Arxiv sənədləri elektronlaşdırılır

KepezTV Player

Dövlət Proqramına uyğun olaraq Milli Arxiv İdarəsinin Gəncə filialının fondlarında təkmilləşdirmə işlərinə başlanılıb. Burada sənədlərin sistemləşdirilməsi, katoloqlaşdırılması işləri aparılaraq elektronlaşdırılır. İşlər yekunlaşdıqdan sonra sənədlər rəqəmsallaşdırılacaq.
 

Gəncə arxivində şəhərlə yanaşı Goranboy, Göygöl, Samux, Naftalan, Daşkəsən rayonlarının əsasən idarəçilik sənədləri saxlanılarq qorunur. Sənədlər 5 mühafizəçixana otağında 17-21 dərəcə tempuraturda xüsusi sanitar gigiyenik qaydalara uyğun saxlanılır. Bina 500 min sənəd tutumuna malik olsa da hazırda 589 fond üzrə 101 min arxiv sənədi mühafizə edilir. ((STAND UP)) Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialında ən qədim qorunan sənədlər içərisində 1914-1929-cu illərə aid 9 minə yaxın olan sənədlərdi. Bu sənədlər Gəncə Dairə Xalq Məhkəməsinə aid olan sənədlərdi ki, məhkəmənin o dövrdə çıxardığı qərarlar, həmçinin işçilərin əmək haqqları eləcədə digər sənədlər buna daxildir. ((K/A)) Hazırda arxiv sənədlərin elekton daşıyıcılara yüklənməsi prosesi gedir. Bundan başqa sənədlərin vərəqləri yenilənir, üzlüklər dəyişdirilir, tikilməyə ehtiyac olanlar bərpa olunur. Rus dilində olan sənədlərin də Azərbaycan dilinə tərcümə edilməsi aparılır. Artıq 101 min sənədin 70 faizi elekton sistemə yüklənilib.

Fidan Babayeva - Dövlət Arxivinin Gəncə filialında fondların baş mühafizəçisi: Hazırda Kirovabad şəhər 1 nömrəli Dövlət Natarial Kantorunun sənədləri üzərində iş gedir. Həmin sənədlər 1947-85-ci illəri əhatə edir ki, fonda 9 min 800 iş mühafizə olunur.2020-ci ildə həmin sənədlərin işlənib elektron daşıyıcıya yüklənməsi nəzərdə tutulub.

Elketronlaşdırılma işləri başa çatdıqdan sonra sənədlər rəqəmsallaşdırılacaq. Rəqəmsallaşdırma işləri isə dövlət proqramına uyğun olaraq 2025-ci ilə kimi yekunlaşdırılacaq.

Elyanura Süleymanova - Dövlət Arxivinin Gəncə filialının direktoru: Bununla bağlı fondlarda işlər gedir. Seçim edirik birinci dərəcəli fondların ilk növbədə rəqəmsallaşdırılması nəzərdə tutulur. Hər bir sənəd vərəq-vərəq skan olunaraq elektron daşıyıcıya yüklənməsi nəzərdə tutulur. Sənədin tez tapılması aşkar olunması, məxsusluğun təyin olunması, sorğuların vaxtında cavablandırılması üstünlük təşkil edir.

Hazırda Üç mərtəbəli arxiv binasında əsaslı təmir işləri də aparılır. Yeni oxu zalı yaradılıb, istilik sistemi ilə təminat aparılıb. İşlərin bu ilin ortalarına kimi yekunlaşması nəzərdə tutulur.